Qırmızı şeytanlar və gürzələr finala doğru

Avroliqa həyəcanı davam edir!
Çempionlar Liqasının cavab oyunlarından sonra diqqətlər yenidən Avropanın 2-ci ən nüfuzlu futbol turnirinə yönəlib. Favorit kamandaların oyununu bütün futbol azarkeşləri səbirsizliklə gözləyir.
“Mediamax”ın məlumatına görə Mançester Yunayted – Kopenhagen və İnter Milan – Bayer Leverkuzen matçları 10 avqust saat 23:00-da start götürəcək.
COVİD-19 pandemiyası səbəbindən hər iki oyun bağlı qapılar arxasında keçiriləcək. Lakin azarkeşlər oyunu aşağıda qeyd edilən telekanallarda izləyə bilərlər:
Mançester Yunayted – Kopenhagen: CBC Sport HD; MATCH! Futbol 1; ️Varzish Sport HD; Arena Sport 1; beIN S. MENA 1; beIN S. 2 TR; BNT 1/3 Bulg; Futbol 1 ukr.
İnter Milan – Bayer Leverkuzen: MATCH! TV; MATCH! Futbol 2; Football HD Tjk; IRIB Varzesh; RTL Germany; beIN S. MENA 2; beIN S. 1 TR; Futbol 2 ukr; RTS 1 Serb; ️Slovenia TV 2 HD; TV 8 Italy.
Qeyd edək ki, yeni qaydalara əsasən hər iki play-off oyunu cəmi 1 matçdan ibarətdir və heç bir cavab oyunu olmayacaq.