“Qızıl top”a əsas namizəd olan 10 futbolçunun adı açıqlanıb

Mediamax.az Offsideplus.az istinadən xəbər verir ki, futbolçuların bu ilki çıxışlarına əsasən ilk “10-luq” müəyyənləşdirilib.
Hazırda bu titula ən yaxın göstərilən oyunçu “Bavariya”nın hücumçusu Robert Levandovskidir. Onu “Qızıl top”un altıqat qalibi Lionel Messi (“Barselona”) və 5 dəfə bu mükafatı qazanan Kriştiano Ronaldo (“Yuventus”) izləyir.
Siyahıda Kevin De Bruyne (“Mançester Siti”), Tomas Müller (“Bavariya”), Neymar (PSJ), Erlinq Haland (“Borussiya” Dortmund), Kilian Mbappe (PSJ), Ceydon Sanço (“Borussiya” Dortmund), Serj Qnabri (“Bavariya) də yer alıb.