Qlobal qaz istehlakı rekord səviyyədə azalacaq

Beynəlxalq Enerji Agentliyi (IEA) bu il qlobal qaz istehlakının rekord səviyyədə azalacağını proqnozlaşdırır.
2020-ci ildə dünyada qaz istehlakının 4% (150 mlrd. kubmetr) azala biləcəyi proqnozlaşdırılır.
“Bu, 20-ci əsrin ikinci yarısında təbii qaz bazarının formalaşmasından bəri istehlakın ən böyük illik azalması olacaq”, IEA-nın hesabatında bildirilir.
Agentlik qaza olan tələbat 2021-ci ildə başlayaraq tədricən bərpa ediləcəyini və 2025-ci ilə qədər ildə 1,5% artacağını hesab edir. Bu da qiymətlərin aşağı olması və iqtisadi aktivliyin artması ilə izah edilir.
Mənbə: IEA