Qubada azyaşlının ölümü ilə nəticələnən qəza

Quba şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
“Mediamax” xəbər verir ki, qəza iyulun 19-da saat 18:00 radələrində qeydə alınıb.
Quba şəhəri ərazisində şəhər sakini E.Əliyev idarə etdiyi “VAZ-2104” markalı avtomobillə velosiped sürən həmyerlisi, 6 yaşlı Bəkiri vurub.
Xəsarət almış azyaşlı uşaq xəstəxanaya aparılarkən yolda ölüb.
Hadisə ilə bağlı Quba RPŞ tərəfindən araşdırma aparılır.
Mənbə: Qafqazinfo