Ça. İyn 24th, 2025

Qubadlısız 27 il

1993-cü il avqust ayının 31-də Qubadlı rayonu Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunub. Qubadlı rayonunun 93 kəndi erməni qüvvələrinin nəzarətinə keçib, rayonun 31 mindən çox əhalisi isə yurd-yuvasından didərgin düşüb.

Mənfur düşmənlər, Qubadlıda 205 mədəni-məişət obyektini, 12 tarixi abidəni yandırıb və talan ediblər. İşğala qədər 33 800 əhalisi olan Qubadlıda 21 orta, 15 səkkizillik, 15 ibtidai məktəb, 7 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərib, bu təlim-tərbiyə və təhsil müəssisələrində 1280 nəfər müəllim çalışıb. Rayonda 111 mədəni-maarif müəssisəsi, 60 kitabxana, 10 mədəniyyət evi, 28 klub və 6 avtoklub fəaliyyət göstərib.

Düşmən 5 mindən çox nadir eksponat saxlanılan Qubadlı tarix-diyarşünaslıq muzeyini də talan ediblər. 4-cü əsrə aid “Gavur dərəsi”ndəki ibadətgah, 5-ci əsrə aid “Qalalı” və “Göyqala” abidələri, 14-cü əsrdə tikilmiş “Dəmirçilər” Türbəsi, Hacı Bədəl körpüsü, Laləzar körpüsü, eləcə də Əyin, Yusifbəyli, Seytas, Qarağaclı, Xocamsaxlı kəndlərindəki digər tarixi abidələr hazırda işğal altındadır.

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com