Qusarda Milli Qəhrəman şəhid Çingiz Qurbanovun xatirəsinə həsr olunmuş mini futbol turniri keçirilib

16-22 oktyabr tarixlərində Azərbaycan Respubilkası Gənclər Fondunun maliyyə dəstəyi ilə “Milli Qəhrəmanlarımız” layihəsi çərçivəsində Milli Qəhrəman şəhid Çingiz Qurbanovun xatirəsinə həsr olunmuş mini futbol turniri keçirilib.

Növbəti günlərdə sözü gedən layihədə 14-17 yaş arası gənclərdən ibarət 12 komanda mübarizə aparıb. Qusar şəhərində 7 gün davam edən turnirin qalibi “Xarıbülbül” komandası olub. Sırası ilə 2-ci yerə “Polad”, 3-cü yerə isə “Zəfər” komandaları layiq görülüb. Qeyd edək ki, layhənin əsas məqsədi gənclərə vətənpərvərlik hislərini aşılamaq və gəncləri vətənpərvər ruhda böyüməsinə təkan verməkdir.
