Ramzan Kadırov və üç çeçen məmurun hesabı İnstagram tərəfindən silindi

Çeçenistan rəhbəri Ramzan Kadırovun İnstaqram hesabı ABŞ-ın ona qarşı tətbiq etdiyi sanksiyalar səbəbindən ləğv edilib.
Bu haqda Facebook nümayəndəsi RİA Novosti-yə açıqlamasında deyib. O İnstaqram sahibinin ABŞ-ın sanksiya qanunvericiliyi çərçivəsində hərəkət etdiyini və qanuni öhdəliklərini yerinə yetirmək üçün tədbirlər gördüyünü bildirib.
“Bu halda əvvəllər oxşar hesablarla etdiyimiz kimi, sanksiya tətbiq olunan şəxsin hesablarını ləğv etdik”, – nümayəndə deyib.
Həmçinin, Çeçenistan parlamentinin başçısı Maqomed Daudovun, Dövlət Dumasının deputatı Adam Delimxanovun və Respublika hökumətinin güc bloku üzrə müavini Abuzaid Vismuradovun hesabları da silinib.
Mənbə: Qaynarinfo