Ç. İyn 25th, 2025

Rayona getmək üçün qazdıqları quyuları özləri doldurdular

Xüsusi karantin rejimi ilə əlaqədar rayonlara üz tutmaq istəyən Bakı, Sumqayıt və Abşeron sakinləri növbəti dəfə postlardan yayınmaq məqsədilə torpaq yollardan istifadə edib.
Sürücülərin qeyri-qanuni olaraq rayonlara axınının qarşısını almaq məqsədilə post kənarlarında yerləşən torpaq yollar əvvəlcədən qazılsa da, bu, çarə olmayıb.

Belə ki, bəzi sürücülər texnika vasitəsilə qazılan quyuları əlləri ilə dolduraraq oranı keçməyə nail olub. Lakin növbəti postda həmin sürücülər müəyyən edilərək məsuliyyətə cəlb olunub.

Mənbə : qafqazinfo

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com