Ç. İyn 25th, 2025

Rayona üz tutanlar tıxacdan ötrü geri qaytarılacaq

Hal-hazırda Bakının çıxış nöqtələrində böyük tıxac yaranıb.

Bu gecə saat 12-dən tətbiq ediləcək sərt karantin rejimində evdə qalmaq istəməyən vətəndaşlar rayonlara üz tutub. 

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev açıqlamasında bildirib ki, Azərbaycanda iyulun 1-dək karantin rejimi uzadılıb:”Hazırkı qərara görə, bu müddətədək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda əhalinin təxirəsalınmaz hallardan başqa, şəhər ərazisini tərk etmək qadağandır:

“Hazırda Bakı, Sumqayıt və Abşeron rayonunun sakinləri ikigünlük karantin dövründə istirahət üçün rayonlara üz tutduğu üçün Bakı-Quba, Bakı-Şamaxı və Bakı-Ələt-Astara istiqamətində quraşdırılmış polis postlarında sıxlıq yaranıb. Çünki Bakı, Sumqayıt və Abşeron sakinləri həmin postlarda saxlanılaraq geri qaytarılır. Vətəndaşlara müraciət edirik ki, rayonlara getməyə cəhd etməsinlər, çünki geri qaytarılacaqlar”. 

Mənbə: Qafqazinfo

Fidan İsrafilzadə

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com