Ç. İyn 25th, 2025

Real Madrid klubu Uelsli yarımmüdafiəçini sata bilər

Real-Madrid hücumçu Qaret Beyli Newvastle United-ə 20 milyon avroya satmağa hazırdır.

Marca bu barədə məlumat yayıb

.Mənbənin bildirdiyinə görə, 30 yaşlı Beyl Real-ın ən yüksək maaş alan oyunçusudur. Onun müqaviləsinin müddəti 2022-ci ildə bitəcək. Odur ki, futbolçu hər il 10 milyon avronu itirməmək üçün komandada qalmaq istəyir.

Newcastle-da öz növbəsində yüksək məvacib vermək şərtilə bir neçə oyunçunu transfer etməyi düşünür. Onlardan biri də Beyldir.

Xatırladaq ki, ingilis klubunun sahibi Mayk Eşli klubun Səudiyyə investorlarına 300 milyon funt sterlinqə (370 milyon ABŞ dolları) satılması barədə razılığa gəlib.

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com