“Real Madrid”in futbolçusu evdə məşq edən zaman ayağı sınıb

İspaniyanın “Real Madrid” klubunun futbolçusu Luka Yoviç zədələnib.
23 yaşlı hücumçunun sağ ayağında sınıq aşkarlanıb.
Serbiyalı oyunçunun 6-8 həftəyə yaşıl meydanlara qayıdacağı deyilir.
Qeyd edək ki, Luka Yoviç cari mövsüm “Real Madrid”in heyətində 24 oyunda meydanda olub. Forvard 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.