Ç. İyn 25th, 2025

“Real” yenidən liderliyə yüksəldi

İspaniya La Liqasında XXX tur başa çatıb.

Son gündə 3 görüş baş tutub.

“Barselona”nın iki gün əvvəl büdrəməsi “Real”a liderliyə yüksəlmək imkanı verib. Bunun üçün “kral klubu” ilk “dördlüy”ə düşməyi hədəfləyən “Real Sosyedad”ı məğlub etməli idi. Şansı qaçırmayan Zinəddin Zidanın yetirmələri ikinci hissədə vurulan qollarla qələbə qazanıb və yenidən zirvəyə yüksəliblər.

Avropa Liqasına vəsiqə qazanmağa çalışan “Valensiya” doğma arenasında “Osasuna”nı üstələyib.

“Selta” ilə “Alaves”in duelində isə birincilər rəqib qapısından 6 cavabsız top keçiriblər.

Qeyd edək ki, XXXI turun oyunları 22-25 iyun tarixlərində olacaq.

İspaniya La Liqası
XXX tur
21 iyun
“Selta” – “Alaves” – 6:0

Murilyo, 14; Aspas, 20 (pen.); Rafinya, 40, 41; Nolito, 78 (pen.); Mina, 86
“Valensiya” – “Osasuna” – 2:0
Qedeş, 12; Rodriqo, 35
“Real Sosyedad” – “Real” – 1:2
Merino, 84 – Serxio Ramos, 50 (pen.); Benzema, 70

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com