Ç. İyn 25th, 2025

Rezidenturaya ixtisas seçimi nə zaman başlayır?

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi sentyabrın 21-dən başlayır.
Dövlət İmtahan Mərkəzindən xezerxeber.az-a bildirilib ki, ixtisas seçimi sentyabrın 25-dək aparılacaq.
Qeyd edək ki, DİM sentyabrın 18-də baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının II mərhələsini (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi) keçirib. İmtahanda iştirakı gözlənilən 601 namizəddən 1 nəfər imtahana gəlməyib. Namizədlərdən 459 nəfər müsabiqə şərtini (ixtisas fənləri üzrə topladığı test balı 50 və daha yuxarı) ödəyərək ixtisaslaşma seçiminə buraxılıb.

Mənbə: Xəzər Xəbər

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com