Ca. İyn 26th, 2025

Rusiya Azərbaycanla hava əlaqəsini yenidən bərpa edəcək

Rusiya iyulun 15-də ilk olaraq 8 MDB ölkəsi, o cümlədən Azərbaycanla koronavirus pandemiyası ilə əlaqədar dayandırılan beynəlxalq hava əlaqəsini bərpa edəcək.
Bu barədə Rusiya Turizm Operatorları Assosiasiyası bildirib.

Məlumata görə, bundan sonra avqustun 1-dən etibarən Avropa, Yaxın Şərq və Cənub-Şərqi Asiyanın 7 ölkəsinə uçuşlar bərpa ediləcək. Həmçinin payızdan Gürcüstan və Misirə reyslərin bərpası ehtimalı da müzakirə olunur.

Aviaşirkətlər iyunun ortalarından başlayaraq biletlərin satışını təşkil edə biləcək

Qeyd edək ki, Rusiya martın 27-dən koronavirus pandemiyası səbəbi ilə digər ölkələrlə müntəzəm və çarter reyslərini dayandırıb. Rusiyalıların xaricdən qayıtması üçün təşkil edilən uçuşlar və hökumət adından edilən müəyyən uçuşlar istisna təşkil edir.

Mənbə: Milli.Az

Dünarə Kişiyeva

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com