Ca. İyn 26th, 2025

Rusiya mətbuat katibi Azərbaycan-Ermənistan sərhədində baş verənləri şərh edib

“Münaqişənin tez bir zamanda həllinə ümid edirik”

Bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib.

“Bilirsiniz, Moskvada, ümumiyyətlə Rusiyada xeyli sayda azərbaycanlı və erməni yaşayır. Onların hamısı Rusiyanın nümunəvi vətəndaşlarıdır. Mən miqrantlardan savayı məhz Rusiya Federasiyasının vətəndaşlarını nəzərdə tuturam. Onların hamısı bizim cəiyyətimizin hörmətli üzvləridirlər.

Ermənistan-Azərbaycan sərhədində münaqişənin alovlanması bu vətəndaşları biganə qoymadığı açıq-aşkardır və sözsüz ki, onlar bu hadisələrə emosional reaksiya verirlər”, – deyə D.Peskov sözlərinə davam edib.

Mənbə: Report

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com