Rusiya prezidenti Böyük Vətən Müharibəsində qələbənin il dönümü ilə bağlı sərəncam imzaladı

Rusiya Prezidenti Vladimir Putin iyunun 24-də Böyük Vətən Müharibəsində Qələbənin 75-ci ildönümü ilə əlaqədar hərbi paradların keçirilməsi və atəşfəşanlıq haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, 24 iyun tarixi qeyri-iş günü elan edilib. Moskva vaxtı ilə saat 10:00-da Qızıl Meydanda və Rusiyanın digər şəhərlərində hərbi texnikaların iştirakı ilə hərbi parad keçiriləcək. Saat 22:00-da isə atəşfəşanlıq olacaq.
Xatırladaq ki, bu il Rusiyada mayın 9-da keçirilməsi nəzərdə tutulmuş hərbi parad koronavirusla bağlı vəziyyətə görə təxirə salınmışdı. Lakin ölkə prezidenti yubiley paradını daha sonra “geniş və təntənəli şəkildə” qeyd edəcəyinə söz vermişdi.