Rusiya qapılarını açır

Moskvada koronavirusa görə qoşulmuş bəzi məhdudiyyətlər sabahdan etibarən qaldırılır. Orada təxminən hər gün 2 minə yaxın insan virusa yoluxurdu.
Eyni zamanda Rusiya vətəndaşlarının ölkədən çıxmasına icazə verəcək. Baş nazir Mixail Mişustin verdiyi açıqlamada xarici ölkələrdə yaşayan xəstə qohumlarına baş çəkməli olanlar və ya işləməyə, oxumağa gedəcək Rusiya vətəndaşlarına gediş icazəsinin verilməsi üçün qərarın qəbul olduğunu bildirib.
Arasında Türkiyənin də olduğu ölkələrə uçuşlar iyun ayından başlayacaq.
Mənbə: DHA
Şahanə Əhmədzadə