Rusiyada daha bir helikopter qəzası baş verdi

Rusiyada helikopterin sərt enişi nəticəsində ölənlər var.
Məlumata görə, hadisə Çukotka Muxtar Dairəsindəki hava limanında qeydə alınıb.
Çukotkanın Anadır rayonunun başçısı Sergey Savçenkonun məlumatına görə, fövqəladə hadisə təmirdən sonra keçirilən sınaqlar zamanı baş verib. Mi-8 helikopterinin sərt eniş etməsi nəticəsində dörd nəfər həlak olub.
İlkin məlumata görə, helikopterin düşməsinə texniki nasazlıqlar səbəb olub. Helikopter yerə düşəndən sonra yanıb.
RİA “Novosti” bildirib ki, helikopterin “qara qutu”ları qəza yerində tapılıb.
Qeyd edək ki, bu, son günlər Rusiyada baş verən ikinci helikopter qəzasıdır. Mayın 19-da Rusiya Kosmik Hava Qüvvələrinə məxsus Mi-8 hərbi helikopterinin qəzaya uğraması nəticəsində 3 nəfər həlak olub.
Mənbə : report.az