Rusiyada koronavirus qurbanlarının sayı durmadan artır

Rusiyada son bir gündə 10,633 nəfərə koronavirus diaqnozu qoyulub.Bununla da Rusiyada COVID-19-a yoluxanların sayı 134,687 nəfərə çatıb.Bu günə koronavirus qaynaqlı ölümlərin sayının isə 58 nəfər təşkil etdiyi bildirilib.Beləlikə 1,280 nəfərin yoluxduğu virusdan öldüyü rəsmiləşib.
Ermənistanda daha 113 nəfərdə koronavirus aşkarlanıb.Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 2,386-ya yüksəlib.Ölkədə virus səbəbindən ölənlərin sayı isə 35 nəfərdir.
Gürcüstanda koronavirusa yoluxanların sayı 7 nəfər artaraq 589-a çatıb.İndiyədək qonşu ölkədə infeksiyadan 8 nəfərin öldüyü bildirilib.