Ç. İyn 25th, 2025

Rusiyada koronavirusa yoluxanların sayı gündən-günə artır

Ötən gün Rusiyada 7600 nəfərdə koronavirus infeksiyası aşkar edilib.
Gün ərzində 95 xəstə vəfat edib, 4705 nəfər sağalaraq evə buraxılıb.
Beləliklə, Rusiyada infeksiyaya yoluxanların ümumi sayı 592 min 208 nəfərə çatıb. İndiyədək bu xəstəlikdən 345 minə yaxın adam sağalıb, 8206 pasiyent vəfat edib.
Hazırda Rusiyada 239 min 658 nəfər koronovirus infeksiyasından müalicə olunur. Yoluxanların ümumi sayına görə Rusiya ABŞ və Braziliyadan sonra üçüncü yeri tutur.

Mənbə:xezerxeber.az

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com