Rusiyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı gündən-günə artır

Məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 528 964 nəfərə çatıb.
Son sutka ərzində 119 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 6948 nəfərə çatıb.
Xəstəlikdən sağalanların sayı 280 050 nəfərdir.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ və Braziliyadan sonra üçüncü yerdə gəlir.
Mənbə: APA
Dünarə Kişiyeva