Ca. İyn 26th, 2025

Səbinə Hüseynzadə – “Mübarizlər yurdunun Mübariz gəncləri olaraq hər zaman ölkə başçımızın yanındayıq”

Mediamax.az -a daxil olan məlumatına görə Biləsuvar gəncləri ordumuzun qələbə əzminə inanır, hər zaman ordumuza dəstək vermə hazırdırlar.

Biz Biləsuvar gəncləri əminik ki, Cənab Prezidentin qətiyyətli və uzaqgörən siyasəti nəticəsində xalqımız koronavirus kabusundan tezliklə və az zərərlə qurtulacaqdır. Çünki ölkə başçımız daha ağır günlərimizdə bizim xilaskarımız olmuşdur. Hər birimizin sağlamlığı və gələcəyi naminə gördüyü işlər isə göz önündədir. Biz, Biləsuvar gəncləri daim cənab prezidentimizin yanında olmuşuq və hər zaman da yanında olacağıq.
Qeyd etmək istəyirəm ki, pandemiya dövründə Cənab Prezidentin “Biz birlikdə güclüyük” çağırışına Biləsuvar gəncləri də qoşularaq COVİD-19 virusunun qarşısını almaq üçün əzmlə vətəndaşlar arasında maarifləndirmə tədbirlərini həyata keçirir və səylə davam etdirir. Biz çalışırıq ki, vəzifəmizi laiqincə yerinə yetirək və ən əsası ölkə başçısına dəstək olaq.
Azərbaycanın güclü dövlət olduğunu qısqanclıqla qarşılayan və getdikcə iflasa uğrayan Ermənistan rəhbərliyinin göstərişi ilə iyulunun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribata əl ataraq Tovuz rayon istiqamətində ağır artilleriya atəşindən istifadə edərək hücuma keçməyə, mövqelərimizi ələ keçirməyə cəhd göstərmişdir. Ərazi bütövlüyümüz uğrunda gedən ağır döyüşlərdə Azərbaycan ordusunun igid oğulları mərdlik və qəhrəmanlıq göstərmiş, düşmənə layiqli cavab verilmişdir. Təəssüf ki, müharibə itkisiz olmur. Həmin döyüşlərdə Mübarizlər yurdu, Biləsuvar rayonunun Ağaşı Cürəli kəndindən olan baş leytenant Mahmudov Rəşad Rəşid oğlu da qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmışdır. Şəhidimiz böyük izdihamla doğulub boya-başa çatdığı Aşağı Cürəli kəndində torpağa tapşırılmışdır.
Bu gün Ali Baş Komandanımızn rəhbərliyi ilə Azərbaycan ordusu regionda çox güclü arsenalı olan bir orduya çevrilmişdir. Əminik ki, ordumuz qarşısına qoyulan istənilən vəzifəni uğurla yerinə yetirməyə, o cümlədən torpaqlarımızı qısa zamanda işğaldan azad etməyə hazırdır və buna qadirdir. Biz də Ali Baş Komandanımızın əmri ilə hər an silaha sarılaraq torpaqlarımızı işğaldan azad etməyə hazırıq.
Allah şəhidlərimizə rəhmət eləsin! Ordumuza isə qələbə və yalnız qələbə yaraşır.
Zəfər Sizindir Azərbaycan əsgəri!

Qeyd edək ki, Səbinə Hüseynzadə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Biləsuvar nümayəndəliyinin direktorudur.

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com