Şəmkirdə dəhşətli intihar hadisəsi

Şəmkir rayonunda intihar hadisəsi baş verib.
Rayonun Təzəkənd sakini, 1970-ci il təvəllüdlü İsmayılov Cəlil Allahverdi oğlu yaşadığı evin hamamında sol qolunun damarlarını doğrayıb.
Nəticədə C.İsmayılov vəfat edib.
Məlumata görə, C. İsmayılov bir müddət əvvəl arvadı ilə dalaşıb və ayrılıblar. Onun psixoloji problemlərinin olduğu bildirilir.
Mənbə : Qafqazinfo