Şəhərlilərə böyük şok

Lionun Çempionlar Liqası xəyalları davam edir. “Yuventus”u kubokdan kənarlaşdıran Fransa komandası dörddəbir finalda “Mançester Siti”ni 3-1 məğlub etdi və son 4-lükdə qərarlaşmağı bacardı.
“Mançester Siti” Çempionlar Liqasının dörddəbir final matçında “Lyon” ilə qarşılaşıb.
Jose Alvalade Stadionundakı mübarizədə Lyon ilk hissəni 24-cü dəqiqədə Maksvel Kornetin qolu ilə öndə başa vurub.
İkinci hissədə Siti hesabı bərabərləşdirmək məqsədi ilə bir-birinin ardınca çoxlu hücumlar etsədə 69-cu dəqiqədə qol De Bruyne ilə qolu tapdı.
Moussa Dembele 79-cu dəqiqədə Lyonu 2-1 önə keçirdi. Yenidən 87-də səhnəyə çıxan 24 yaşlı Dembele fərqi 2-yə yüksəldib.
Qalan dəqiqələrdə qol səsi eşidilmədi və “Yuventus”u turnirdən kənarlaşdıran “Lyon” “Mançester Siti”ni də 3-1 məğlub edərək evə göndərdi.
City Çempionlar Liqasında ardıcıl 4 mövsüm dörddəbir finalda uduzarkən, Lyon yarımfinalda Barselonanı 8-2 məğlub edən Bayern Münhenin rəqibi oldu.
Portuqaliyanın ev sahibliyi etdiyi yarımfinal oyunları 18-19 avqustda, final oyunu isə 23 avqustda oynanılacaq.