“Şəhərlilər” axtarışda

“Ayaks”ın müdafiəçisi Nikolas Talyafiko karyerasını İngiltərədə davam etdirə bilər.
“Mediamax” xəbər verir ki, “Mançester Siti” Talyafikonun xidmətində maraqlıdır. “Şəhərlilər” yeni mövsüm öncəsi müdafiənin sol cinahını gücləndirmək niyyətindədir. Əsas hədəf kimi argentinalı futbolçu göstərilir.
Qeyd edək ki, 2019-2020 mövsümündə 35 matçda forma şansı əldə edən 27 yaşlı oyunçu 5 qol və 1 məhsuldar ötürmə müəllifi olub.
Mənbə: goal.az