Şəhid Elçin Mustafazadə Ağstafada dəfn edildi

Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin təxribatı nəticəsində şəhid olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Elçin Mustafazadə dəfn olunub.
Şəhid doğulduğu Ağstafa rayonunun Həsənsu kəndində torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidin ailə üzvləri, yerli sakinlər, hüquq-mühafizə orqanlarının əməkdaşları və rayon icra hakimiyyətinin nümayəndələri iştirak edib.