Ç. İyn 25th, 2025

Şəmkirdə dəhşətli qəza

Şəmkirdə 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Mediamax.az saytının verdiyi xəbərə görə, Şəmkir-Gədəbəy avtomobil yolunun Yasamal aşırımı adlanan ərazisində “VAZ” markalı avtomobillə yük maşınının toqquşması nəticəsində 5 nəfər xəsarət alaraq xəstəxanaya aparılıb.

57 yaşlı Davud Orucov, 26 yaşlı İlkin Rəhimov və 12 yaşlı Tapdıq Quliyevin xəsarətləri daha ciddi olduğuna görə, onlar Gəncədə xəstəxanaların birinə yerləşdiriliblər. Daha 2 nəfərin vəziyyəti isə normal qiymətləndirilir.

Qeyd edək ki, “VAZ” markalı avtomobil taksi fəaliyyəti ilə məşğul olurmuş.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Qafqazinfo

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com