Ca. Avq 14th, 2025

Sərtləşdirilmiş karantin qaydalarını pozanların sayı açıqlandı

Sumqayıtda sərtləşdirilmiş xüsusi karantin rejimi qaydalarını pozanların sayı açıqlanıb.

Həftə sonları şəhərdə tətbiq edilən məhdudiyyətləri pozan 250 vətəndaş saxlanılaraq inzibati məsuliyyətə cəlb olunublar. Bildirilib ki, həmin şəxslər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq 100 manat məbləğində cərimə olunublar.

Bununla yanaşı, sərtləşdirilmiş xüsusi karantin qaydalarının tələblərinə tabe olmayan 3 nəfər inzibati qaydada 15 sutkalıq həbs edilib.

Mənbə: Apa

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com