Səadət Bənənyarlı vaxtından əvvəl şərti azadlığa buraxılan məhkumlardan danışdı

Səadət Bənənyarlı bildirib ki, iyulun sonuna olan məlumatlara görə, onların 983 nəfəri ancaq pandemiya dövründə azadlığa çıxan məhkumlardır: “Bundan əvvəl də cənab Prezidentin sərəncamı ilə yaşı 65-dən yuxarı 176 məhkum azadlığa çıxıb. Cənab Prezidentin verdiyi sərəncamla alternativ cəzalardan istifadə olunmağa başlayıb, bu da cəmiyyətimizdə xəta törədən insanlarda inam yaradıb ki, onlar öz həyatlarını yenidən qura bilsinlər”.
Mənbə: APA