Sabah bu küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

29 avqust tarixində Heydər Əliyev prospektinin Bağırov körpüsünün altından keçən yan yollarında tunel divarlarının yuyulması işləri səhər saat 10:00-dan axşam saat 17:00-dək aparılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, bununla əlaqədar olaraq sözügedən hissədə zolaqlar üzrə nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq:
“Sürücülərdən ərazidə sıxlığın yaşanmaması üçün prospektin əsas yolundan istifadə etmələri tövsiyə olunur. Yarana biləcək narahatlığa görə vətəndaşlardan üzr istəyirik”.
Mənbə: Trend