Şb. Avq 9th, 2025

Sabirabadda dəhşətli avtomobil qəzası

Sabirabadda iki nəfərin ölümü və iki xəsarət alma ilə nəticələnən yol- nəqliyyat hadisəsi baş verib.

Hadisə dünən rayonun Qalağayın kəndində qeydə alınıb. Belə ki, Sabirabad rayon sakini 1979-cu il təvəllüdlü Hüseynov Azər Şakir oğlu idarə etdiyi , “Prado” markalı minik avtomobili qarşı tərəfdə hərəkətdə olan “Shacman” markalı yük maşını ilə toqquşub.

Qəza zamanı “Prado”nun  sürücüsü və sərnişini Məmmədova Nigar İxlas qızı dünyasını dəyişib. 

Digər iki sərnişin- 2002-ci il təvəllüdlü Məmmədova Vüsalə Vüsal qızı və 2010-cu il təvəllüdlü Məmmədova Zəhra Vüsal qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.

Hal-hazırda faktla bağlı araşdırma aparılır.

Mənbə: Qafqazinfo

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com