Sabirabadda dəhşətli yol qəzası

Sabirabadda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Surra kəndində baş verib.
Belə ki, 1956-cı il təvəllüdlü kənd sakini Mehman Abdulla oğlu Nağıyev yolu keçmək istəyən zaman rayonun Kovlar kənd sakini Ağayev Seyidnəsir Əşrəf oğlu idarə etdiyi “VAZ 21011” markalı avtomobil ilə onu vurub.
Ağır bədən xəsarətləri alan M.Nağıyev xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Hal-hazırda faktla bağlı araşdırma aparılır.
Mənbə: Qafqazinfo