Sahibə Qafarova Ərdoğanla görüşdü

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti Türkiyədə rəsmi səfərdədir.
Sahibə Qafarova rəsmi səfəri çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Görüşdə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop da iştirak edib.
