Ç. İyn 25th, 2025

Sahibkarlıq subyektlərində monitorinqlər keçiriləcək

Sahibkarlıq subyektlərində xüsusi karantin rejimi qaydalarına riayət edilməsinə nəzarət məqsədilə monitorinqlər keçiriləcək

Fəaliyyətinə icazə verilmiş iş və xidmət sahələrində sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarətin gücləndirilməsi məqsədilə İqtisadiyyat Nazirliyində Bakı şəhəri üzrə 12, iqtisadi rayonlar üzrə 8, sənaye müəssisələri üzrə 2 olmaqla 22 monitorinq qrupu yaradılmışdır. Monitorinq qruplarına İqtisadiyyat Nazirliyinin müvafiq strukturlarının, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları daxildir. Zərurət yarandıqda monitorinqlərə digər aidiyyəti dövlət qurumlarının nümayəndələri də cəlb ediləcəkdir.

Monitorinqlər zamanı Nazirlər Kabinetinin qərarları ilə müəyyən edilmiş xüsusi karantin qaydalarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunması vəziyyəti araşdırılacaq, monitorinqlərin nəticələri KİV-də geniş işıqlandırılacaqdır.

Mənbə: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com