Ç. İyn 25th, 2025

Şahmatçılarımız beynəlxalq turnirdə mübarizə aparacaq

Tunis Şahmat Federasiyası iyunun 14-də blits üzrə onlayn turnir keçirəcək. 

Mükafat fondu 2000 ABŞ dolları olacaq beynəlxalq yarışda Azərbaycan şahmatçıları da iştirak edəcəklər. 

Ölkəmizin idman şərəfini Gülnar Məmmədova, Türkan və Zeynəb Məmmədyarovlar, Nərmin Xələfova, Mələk İsmayıl və Aytən Səfərova qoruyacaqlar. 

Turnirdə ümumilikdə 250 zəka sahibinin iştirakı gözlənilir. 

Mənbə: Apa

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com