Ç. İyn 25th, 2025

Samuxda dəhşətli yol-nəqliyyat qəzası

Samuxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Hadisə rayonun İnstitut qəsəbəsində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı avtomobilin kombaynla toqquşması nəticəsində minik maşınının sürücüsü – 23 yaşlı Çağırqanov Elnur və sərnişini 22 yaşlı Ləman Süleymanzadə hadisə yerində ölüblər.

Gəncə Regional Mərkəzinin hadisə yerinə cəlb olunan xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalan 1998-ci il təvəllüdlü Çağırqanov Elnur Vahid oğlunun və 1996-cı il təvəllüdlü Süleymanzadə Ləman Nazim qızının meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Qeyd edək ki, qəzada ölən E.Çağırqanov Gəncə şəhər Nizami rayon Polis İdarəsinin əməkdaşıdır.

Mənbə: Qafqazinfo

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com