Ç. İyn 25th, 2025

Saxta təyyarə uçuşu

Tayvanda koronavirus səbəbindən bütün hava uçuşları təxirə salınıb. Lakin saxta təyyarə uçuşu üçün bilet almaq olar.

Tayvanın paytaxtı Taypey şəhərində yerləşən Sonqşan aeroportunda təyyarə ilə səyahət etmək üçün darıxanlara saxta təyyarə uçuşları təşkil olunur.

Qısa zamanda sosial şəbəkələrdə gündəmə gələn bu hadisə çoxlarının diqqətini cəlb edib.

60 nəfərlik sərnişin təyyarəsində bilet almaq üçün 7 min nəfər müraciət edib.

Tayvan hökuməti bu addımı ilə koronavirusa qarışı tədbirlərini aldıqlarını nümayiş etdirmək istədiklərini bildirib.

Mənbə CNN

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com