Ç. İyn 25th, 2025

Sergey Şoyqu Rusiyanın Ermənistana silah tədarükü barədə məlumatlara aydınlıq gətirib

“Ermənistanla sərhəddə baş verənlərdən xəbərdarıq və hadisələri həyəcanla izləyirdik. Və bizim öz bazalarımıza uçuşlarımızla əlaqədar narahatlıqları da bilirik. Birbaşa bildirmək istəyirəm ki, bizim bütün hərəkətlərimiz heç vaxt və indi də qonşumuz və tərəfdaşımız olan Azərbaycana qarşı yönəlməyib. Rusiya Cənubi Qafqazda gərginliyin artmasında maraqlı deyil. Ermənistandakı Rusiya hərbi bazasında sosial obyektlərin tikntisi aparılır. Müəyyən aktivlik bununla əlaqədardır. İkinci məsələ isə çağırış kampaniyasıdır. Kimisə evə qaytarmaq, kimi isə hərbi xidmətə göndərmək lazım idi. Yenə təkrar edirəm ki, bizim hərəkətlərimiz və addımlarımız heç vaxt Azərbaycana qarşı yönəlməyib, bu gün də belədir”, – deyə S. Şoyqu qeyd edib.

Mənbə: Apa

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com