Ç. İyn 25th, 2025

Siddiqənin sizin yardımıza ehtiyacı var

“Salam gözəl insan, yazdığımı 1 dəqiqəlik mən olub oxumağını xahiş edirəm. 1 dəqiqə mənim kimi düşün, çünki məni başa düşməyini istəyirəm 17 yaşım var və 2 ildir ki bütün gücümün daha artığı ilə xərçəng xəstəliyi ilə vuruşuram. 13 kurs ən ağır ximyaterapiya almışam. Mübarizəmdə mənəvi-psixoloji, fiziki-bədənsəl bir savaşın içindəyəm. Yəni bütünlükdə bir mən olarağ mübarizə aparıram. Bütün gücümlə. Hər cür çətinlikdən bu dönəmdə daddım, ağrını yaşadım. Amma bütün bunların sonunda sağlamlığıma, arzularıma, məqsədlərimə çatmaq istəyim o qədər çox güclüdür ki!!!
Yaşamağı o qədər çox istəyirəm ki. Necə başa salım? Və buna nail olacağıma çox inanıram. Və mənim yaşamağ,arzularımı gerçəkləşdirmək şansım çoxdur! Bir şərtlə ki Türkiyəyə getsəm və müalicəmi tamamlasam. Bunun üçün 51.000 manat (30.000dollar) məbləğə ehtiyac var. Yüksək məbləğ olduğu üçün maddi durumumuz buna imkan vermir. Əgər bu məbləğ yığılsa, çəkdiyim bütün illərin əziyyəti,qurduğum xəyallar gerçəkləşəcək. Bu səslənməm nə qədər çox insana çatsa və hər insan mənə əlindən gəldiyi qədər dəstək olsa, bu mənim üçün sözlərə sığmayacağ qədər böyük addım, hədiyyə olacaq. Mən həyatın, yaşamın bir addımlığındayam və əlimi sizə uzatmışam. Sənin bir həyat qurtarmaq şansın var. Əlimi tutarsan?”

Kart hesabı şəkildə qeyd olunub. Əlimizdən gələn dəstəyi göstərək.

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com