Ç. İyn 25th, 2025

Sınaq kosmik gəminin kosmosa buraxılışı uğurla həyata keçirildi

Çin təkrar istifadə edilə bilən sınaq kosmik gəmisinin kosmosa buraxılışını uğurla həyata keçirib.

“Novosti”nin verdiyi xəbərə görə bu barədə Çinin Kosmik Elmlər və Texnologiyalar Korporasiyası (CASC) məlumat yayıb.

Buraxılış bu gün Daxili Monqolustan Muxtar Bölgəsindəki Tszytsyuan kosmodromundan “Çançjen-2F” raket daşıyıcısı vasitəsilə edilib.

Gəminin bir müddət Yerin orbiti üzrə uçacağı, bundan sonra geri dönəcəyi bildirilir.

“Kosmik aparat uçuşlar zamanı təkrar istifadə edilə bilən texnologiyaların sınanması və kosmosun dinc yolla öyrənilməsində texnoloji dəstək üçün nəzərdə tutulub”, – məlumatda deyilir.

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com