Ç. İyn 25th, 2025

Şirvanda zəncirvari qəza

Şirvanda piyadanı vuran avtomobil zəncirvari qəza törədib.

Verilən məlumata görə, hadisə Şirvan şəhəri M.Ə.Rəsulzadə küçəsində qeydə alınıb.

“Saipa” markalı avtomobil sürətlə hərəkətdə olarkən idarəetməni itirərək piyada olan taksi sürücüsünə və yol kənarında dayanan “VAZ 2106” və “VAZ 21011” markalı taksilərə çırpılıb.

Nəticədə piyada və avtomobildə olan sürücü ağır xəsarətlərlə Hacıqabul rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Yaralılardan biri vəfat edib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Mənbə: APA

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com