Ç. İyn 25th, 2025

Siyəzəndə baş verən yanğında 1 nəfər vəfat edib

Siyəzən rayonunun Sədan kəndi yaxınlığındakı dağlıq və dağətəyi ərazidə baş vermiş yanğın görülmüş operativ tədbirlər sayəsində qısa müddət ərzində söndürülüb.

“Mediamax”ın məlumatına görə, hadisə nəticəsində bir nəfər dünyasını dəyişib.

Belə ki, yanğının yaxınlıqdakı neft buruqlarına keçməsinin qarşısını almaq istəyən 1970-ci il təvəllüdlü, Siyəzən rayon Sədan kənd sakini Zeynalov Cahangir Əhmədşah oğlu yanıq xəsarətləri alıb. O, dərhal Bakıya xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Mənbə: Qafqazinfo

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com