Smartfonların yaydığı təhlükə

Simsiz rabitə xüsusiyyətinə sahib olan bütün elektron cihazlar ətrafına intensiv şəkildə elektromaqnit dalğaları yayır. Elektromaqnit dalğaların müəyyən bir səviyyəyə qədər zərər vermədiyini, lakin o səviyyədən sonra bədənimizə həddindən artıq ziyan etdiyini bilirik.
Smartfonların bədənimizi nə qədər radioaktiv enerjiyə məruz buraxdığını anlamağa imkan verən SAR dəyəri, ən təhlükəsiz cihazları müəyyənləşdirməkdə kömək edir.
SAR dəyəri nə deməkdir?
SAR dəyəri – xüsusi udma nisbəti, smartfonlarımızdakı radioaktiv dalğanın sızıntısını eləcə bədənimizə təsir edə biləcəyi radioaktiv enerjinin miqdarını ölçmək üçün istifadə olunan bir dəyərdir. Smartfon alarkən SAR dəyərinə baxaraq ən uyğun seçim edə bilərsiniz.
Uyğun SAR dəyəri nə qədər olmalı?
Telefonların SAR dəyərini ölçərkən, ən pis şərtdə nə qədər radiasiya yayacağı hesablanır. Ölçmə zamanı əldə edilən dəyər telefonun ən yüksək radiasiya yaydığında bunun nə qədər olacağını göstərir. SAR dəyərinin intervalı ölkələrə görə dəyişməkdədir.
Smartfonları təqdim etmədən öncə ideal SAR dəyərlərinin intervalını və yan təsirlərini göstərək
· Alimlərin fikrincə, SAR dəyəri 1.0 W/kq və daha aşağı olmalıdır.
· ABŞ-da SAR dəyər həddi 1.60 W/kq
· Avropada SAR dəyər həddi 2.0 W/kq
Qeyd: W/kg = 1 kq bədən toxumasına udulan enerji miqdarı
24 saat ərzində yüksək SAR dəyərinin yan təsirləri:
· Stress və yorğunluq
· Konsentrasiya əskikliyi və diqqət dağınıqlığı
· Baş ağrısı
· Bədəndə istilik dəyişimi
· Müvəqqəti eşitmə qüsuru
· Yaddaş zəifliyi
Uzun müddətdə yüksək SAR dəyərin yan təsirləri:
· Dəri və lenfoma xərçənginə tutulma riski
· Sperma sayının azalması
· Yumurtalıqlarda pozğunluq
· Beyin divarında zədələnmə, beyin şişi
· Ürək xəstəlikləri və yüksək təzyiq
Onu da qeyd edək ki, telefonlarınızda qulaqlıqlardan istifadə etməyiniz məsləhətlidir.
Apple
· iPhone SE (2020): Baş 0.98 W/kg / Bədən 0.99 W/kg
· iPhone 11: Baş 0.95 W/kg / Bədən 0.99 W/kg
· iPhone 11 Pro: Baş 0.99 W/kg / Bədən 0.99 W/kg
· iPhone 11 Pro Max: Baş 0.95 W/kg / Bədən 0.99 W/kg
· iPhone XS: Baş 0.99 W/kg / Bədən 0.99 W/kg
· iPhone XS Max: Baş 0.99 W/kg / Bədən 0.99 W/kg
· iPhone XR: Baş 0.99 W/kg / Bədən 0.99 W/kg
Samsung
· Galaxy A01: Baş 0.35 W/kg / Bədən 1.56 W/kg
· Galaxy M31: Baş 0.48 W/kg / Bədən 1.13 W/kg
· Galaxy A51: Baş 0.37 W/kg / Bədən 1.59 W/kg
· Galaxy A71: Baş 0.51 W/kg / Bədən 1.56 W/kg
· Galaxy S20: Baş 0.28 W/kg / Bədən 1.52 W/kg
· Galaxy A50: Baş 0.27 W/kg Bədən 1.39 W/kg
· Galaxy A10: Baş 0.321 / Bədən 1.090 W/kg
· Galaxy S9+: Baş 0.360 W/kg / Bədən0.790 W/kg
· Galaxy S9: Baş 0.350 W/kg /Bədən 0.960 W/kg
· Galaxy S10+: Baş 0.411 W/kg / Bədən1.040 W/kg
· Galaxy S10: Baş 0.390 W/kg / Bədən 1.370 W/kg
· Galaxy S10e: Baş 0.360 W/kg / Bədən 0.920 W/kg
· Galaxy J2 Baş 0.513 W/kg / Bədən 1.200 W/kg
Huawei
· P Smart 2019: Baş 0.99 W/kg / Bədən 1.27 W/kg
· P40 Lite E: Baş 0.84 W/kg / Bədən 0.99 W/kg
· Nova 5T: Baş 0.84 W/kg / Bədən 1.29 W/kg
· P40 Pro: Baş 0.48 W/kg / Bədən 0.99 W/kg
· P40 Pro Plus: Baş 0.48 W/kg / Bədən 0.99 W/kg
Xiaomi
· Mİ 9T: Baş 1.34 W/kg / Bədən 1.51 W/kg
· Mİ 9T Pro: Baş 1.30 W/kg / Bədən 1.51 W/kg
· Mİ 10: Baş 1.20 W/kg / Bədən 1.42 W/kg
· Note 10: Baş 1.11 W/kg / Bədən 1.39 W/kg
· Note 10 Lite: Baş 1.11 W/kg / Bədən 1.39 W/kg
· Mi A1: Baş 1.75 W/kg / Bədən 0.76 W/kg
· Mi A2: Baş 0.963 / Bədən 0.639 W/kg
· Mi A2 Lite: Baş 0.547 W/kg / Bədən 1.473 W/kg
· Mi 8 Lite: Baş 0.749 W/kg / Bədən 1.585 W/kg
· Mi 8: Baş 0.701 W/kg / Bədən 1.662 W/kg
· Pocophone F1: Baş 0.537 W/kg / Bədən 1.582 W/kg
· Redmi 7: Baş 0.577 W/kg / Bədən 1.251 W/kg
Honor
· 8A: Baş 1.50 W/kg / Bədən 1.69 W/kg
· 20: Baş 0.84 W/kg / Bədən 1.29 W/kg
· 20 Lite: Baş 0.61 W/kg / Bədən 1.70 W/kg
· 9X: Baş 1.26 W/kg / Bədən 1.26 W/kg
· 8S: Baş 0.50 W/kg / Bədən 0.86 W/kg
LG
· G8S ThinQ: Baş 0.48 W/kg / Bədən 1.58 W/kg
· K20: Baş 0.71 W/kg / Bədən 1.34 W/kg
· K50S: Baş 0.50 W/kg / Bədən 1.10 W/kg
· K40S: Baş 0.40 W/kg / Bədən 1.52 W/kg
· K50: Baş 0.32 W/kg / Bədən 1.05 W/kg
Mənbə: webtekno.com
Fidan İsrafilzadə