Ç. İyn 25th, 2025

SOCAR aztəminatlı Gürcüstan vətəndaşlarına ərzaq yardımına başlayıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəməsi ölkədə sosial təminatsız ailələrə ərzaq yardımına başlayıb.

Ərzaq qutuları şirkətin baş direktoru Mahir Məmmədov tərəfindən bölgə qubernatoru Giorgi Xocevanişviliyə təhvil verilib.

Şirkət bildirib ki, Gürcüstanda fövqəladə vəziyyət sosial təminatsız ailələr və gündəlik gəlirdən məhrum olan insanlara ağır zərbə vurub. İlkin tələbat ərzaq məhsulları məhz həmin vətəndaşlara paylanılıb.

Ümumilikdə 1000 ailəni əhatə edən kampaniyada paylanılacaq qida məhsullarının ümumi dəyəri 100 min lari təşkil edir.

Qeyd edək ki, şirkət əməkdaşlarının sağlamlığının qayğısına qalır. Şirkətin obyektlərində Gürcüstan hökuməti, Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Mərkəzinin təyin etdiyi bütün təhlükəsizlik standartlarına riayət edilir. Bununla yanaşı, işçilərin bir hissəsi distant iş formasına keçib.

Mənbə:report.az

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com