Somalidə yük təyyarəsi vurulub

Efiopiya tərəfi rəsmi olaraq hadisə haqqında açıqlama verib.
“Efiopiya qoşunlarının yerləşdiyi mövqeyə yaxınlaşan təyyarə protokol tələblərinə riayət etməyib. Hərbçilərimiz təyyarənin onların düşərgəsinə hücum etmək istədiklərini düşünüblər.Bundan sonra isə təyyarə vurulub”. deyə Efiopiya hökuməti bildirib.
Qeyd edək ki, mülki təyyarə koronavirus pandemiyası ilə əlaqədar Somali sakinləri üçün humanitar yardım daşıyırdı.
4 may tarixində Berdel şəhəri yaxınlığında təyyarə raket zərbəsi ilə vurulub, nəticədə göyərtədə olan 6 nəfər həlak olmuşdu.
Oxu Az