SON DƏQİQƏ! Azərbaycanda yumşalma məhdudlaşdırla bilər – İbrahim Məmmədov

“Azərbaycanda koronavisrusa yoluxanların sayının sürətlə artması karantin rejiminin yumuşaldılmasının dayandırılmasını və yenidən məhdudiyyətlərin tətbiq edilməsini aktuallaşdırıb”.
Bunu hazırda keçirilən brifinqdə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirb.
“Ola bilsin ki, Cümə günü axaşmadan Bazar ertəsi səhərə qədər hərəkətin tam məhdudlaşdırılması, mağazaların bağlanması rejimi tətbiq edilsin. Bu barədə Baş nazir sabah qərarını verəcək”,- İbrahim Məmmədov bildirib.
Həftə sonları küçəyə çıxmaq qadağası 2 ayadək davam edə bilər. Bu qadağa bayram günlərini də əhatə edə bilər.
Həftə sonları küçəyə çıxmaq qadağası üzrə digər ölkələrin təcrübələri öyrənilmiş və bunun effektiv olduğu görülmüşdür.
Ərzaq mağazalarının da bağlanması nəzərdə tutulur.
İ. Məmmədov deyib ki, yoluxma və sağalma arasında fərq getdikcə artmaqdadır: “Bu, yeni situsiya yaradıb. Əsas fərq də vətəndaşların karantin rejiminin tələblərinə əməl etməməsidir. Ticarət mərkəzlərində, metroda insanlar karantin rejiminin qaydalarına əməl etmirlər. Buna görə də yenidən karantin rejiminin yumşaldılması prosesinin dayandırılması, o cümlədən yenidən məhdudlaşdırma qaydalarının qoyulması ilə bağlı məsələ aktuallaşır”.
Mənbə: Marja.az