Ç. İyn 25th, 2025

“Sonuncu mogikan” vəfat etdi

İraqda Səddam Hüseynin hakimiyyəti dövründə sonuncu Müdafiə naziri olan Sultan Haşim ürəktutmasından dünyasını dəyişib.

“Mediamax” xəbər verir ki, Haşim Ən-Nəsiriyyə şəhərində yerləşən Əl-Hut həbsxanasında 79 yaşında vəfat edib.

Eks-nazir son illər xroniki xəstəliklərdən əziyyət çəkirdi.

Sultan Haşim Səddam Hüseyn dövründə İraqın iştirak etdiyi bütün müharibələrdə rol alıb. Bunlar arasında İraq-İran (1980−1988), Birinci və İkinci Körfəz müharibələri də var.

Səddam Hüseynin 1990-cı ildə Küveyti işğal etməsindən sonra 1991-ci ildə beynəlxalq koalisiya qüvvələri ilə aparılan atəşkəs danışıqları prosesində İraq heyətinə rəhbərlik edib.

Mənbə: Qafqazinfo

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com