Ç. İyn 25th, 2025

Soyqırımın gizli məlumatları ortaya çıxacaq

Fransada Ruanda soyqırımının gizli məlumatlarını ortaya çıxarmaq üçün sabiq prezident François Mitterandın arxivləri açılacaq.

1994-cü ildə Ruanda da Hutu qəbiləsi prezidentin ölümündə səbəbkar bildikləri Tutsi qəbiləsinə qarşı soyqırım törətmişdilər. 100 günlük soyqırımda 800 mindən çox dinc Tutsi əhalisi öldürülmüşdü.

Fransa Hutu qəbiləsinin dəstəkçisi olub. Bu səbəbdən də, Fransa soyqırımı dayandırmaq əvəzinə Hutulara silah sursat tədarük ediblər.

Sabiq prezident 1998-ci ildə verdiyi müsahibədə “o ölkələrdə soyqırım olması çox da önəmli məsələ deyil” – deyə bildirmişdi.

Şahanə Əhmədzadə

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com