Su elektirik stansiyasında partlayış olub

Çinin cənub-qərbində yerləşən Yunnan əyalətində Su Elektrik Stansiyasında (SES) partlayış nəticəsində 6 nəfər ölüb, 5 nəfər yaralanıb.
Bunu Yunnan əyalətinin hökuməti açıqlayıb. Bildirilib ki, qəza mayın 29-da əyalətin Moszyan qəsəbəsində baş verib.
Məlumata görə, partlayış su bəndinin havalandırma sisteminin təmizlənməsi zamanı olub. Axtarış-xilasetmə işləri başa çatıb. Qəzanın səbəbi araşdırılır.