Sumqayıtda ağır yol qəzası

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyulun 21-də saat 23 radələrində Sumqayıt şəhəri 18-ci mikrorayonun ərazisində şəhər sakini F.Aslanov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən şəhər sakini Ruslan Adilovu vurub.
Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada iyulun 22-də orada ölüb.
Mənbə: APA